Ucnoqta.az
www.ucnoqta.az

Müəllimlərin sertifikasiyası təxirə salınıb? - <font color=red><b>Nazirlikdən AÇIQLAMA</b></font>

16:15 - 5 Avqust 2022 tarixində dərc olunub.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı yayılan səsyazısı həqiqəti əks etdirmir.

Bu barədə Ucnoqta.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı səsyazısı yayılıb:
"Bildiririk ki, paylaşılan məlumat həqiqəti əks etdirmir. Elm və Təhsil Nazirliyi olaraq vətəndaşlardan ancaq rəsmi xəbərlərə istinad etməyi xahiş edirik".

Müəllif: