Bakıda ağır QƏZA, 33 yaşlı qadın öldü

09:27 - 5 Avqust 2022 - HADİSƏ

Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 Bakı Olimpiya Stadionunun arxasından keçən yeni salınmış yolda “Ford” markalı avtomobil 1989-cu il təvəllüdlü Bahar Abbasovanı vurub. Ağır xəsarətlər alan 33 yaşlı qadın hadisə yerində vəfat edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.///qafqazinfo

Xəbər xətti