Ucnoqta.az
www.ucnoqta.az

Bakıda ağır <font color=red><b>QƏZA</b></font>, 33 yaşlı qadın öldü

09:27 - 5 Avqust 2022 tarixində dərc olunub.

Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 Bakı Olimpiya Stadionunun arxasından keçən yeni salınmış yolda “Ford” markalı avtomobil 1989-cu il təvəllüdlü Bahar Abbasovanı vurub. Ağır xəsarətlər alan 33 yaşlı qadın hadisə yerində vəfat edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.///qafqazinfo

Müəllif: