Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edildi

23:55 - 4 Avqust 2022 - HADİSƏ

"Bilgəh" və “Xaçmaz” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən 3 nəfər batma təhlükəsi ilə üzləşib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Onlar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas olunub.

Xəbər xətti