Həştərxan hakimiyyətinin təşəbbüsü ilə oktyabrın 5-dən 15-dək Xəzər dənizi ətrafında motosiklet yürüşü keçiriləcək.
APA Həştərxan mətbuatına istinadən xəbər verir ki, motosikletçilər Həştərxan-Qazaxıstan-Türkmənistan-İran-Azərbaycan marşrutu üzrə hərəkət edərək Dağıstandan geri qayıdacaqlar.
Motosiklet yürüşündə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin də iştirak edəcək və o, yürüş çərçivəsində Xəzəryanı dövlətlərin başçıları ilə də görüşəcək.