Bulvarda həkimin anası və övladı döyüldü

16:30 - 4 Avqust 2022 - HADİSƏ

Daxili İşlər Nazirliyi həkim Esmira Qurbanovanın övladının, anasının və anasının rəfiqəsinin naməlum 5 qadın tərəfindən döyülməsi iddiası ilə bağlı bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlara cavab verib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Ucnoqta.az-a bildirib ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib. Belə ki, vətəndaş E.Babayevanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb. Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xəbər xətti