Obyektdən 10 min manatlıq oğurluq olub

12:07 - 4 Avqust 2022 - HADİSƏ

Abşeron rüyonunun Mehdiabad qəsəbəsində obyektdən oğurluq edilib.

DİN-in Mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, cari il iyulun 24-dən avqustun 1-dək olan müddətdə Mehdiabad qəsəbəsi ərazisindəki istifadə olunmayan obyektlərin birindən 10000 manat dəyərində qapı və pəncərələr oğurlandığı məlum olub.

Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini N.Hacıyev saxlanılıb.

Xəbər xətti