Şamaxıda “Shacman” aşıb - sürücü ölüb

09:39 - 4 Avqust 2022 - HADİSƏ

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Göylər Dağ kəndi ərazisində baş verib.

Belə ki, 1964-cü il təvəllüdlü Səfərov İlqar Əlikişi oğlunun idarə etdiyi “Shacman” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti