Xırdalanda yaşayış binasında partlayış - VİDEO (YENİLƏNİB)

22:41 - 3 Avqust 2022 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən verilən xəbərə görə, qurumun “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi barədə məlumat daxil olub.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.


22:01

Xırdalanda yaşayış binasında partlayış baş verib.

Ucnoqta.az xəbər verir ki, partlayışın qaz sızması nəticəsində baş verdiyi bildirilir. Hadisə nəticəsində xəsarət alanların olduğu barədə məlumat yoxdur. 


Xəbər xətti