Azərbaycanın daha 32 məscidinə dini rəhbər təyin olunub

19:55 - 3 Avqust 2022 - Cəmiyyət

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün avqustun 3-də keçirilmiş müsahibənin nəticələri açıqlanıb.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edək ki, məscidlərdə vakant vəzifələrin tutulması üçün bu il mayın 24-dən iyunun 24-dək sənəd qəbulu aparılıb. Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.

Nəticələrlə bu linkdə tanış olmaq mümkündür.

Xəbər xətti