Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, 30 iyul-2 avqust tarixlərində keçirilmiş vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifələrinə artıq göndərilib.