Taleh Kazımov banklar üçün yeni qaydanı təsdiq etdi

10:15 - 3 Avqust 2022 - Xəbər

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə” ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci il 16 noyabr tarixli Qərarını ləğv edib.

Ucnoqta.az “APA-Economics”ə istinadən xəbər verir ki, bunun əvəzində “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, qərar 29 iyul 2022-ci il tarixdə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

 

Xəbər xətti