Ölən filial müdiri ilə bağlı məşhur mağaza şəbəkəsindən AÇIQLAMA - YENİLƏNİB

10:07 - 3 Avqust 2022 - HADİSƏ

“Ölən şəxs bizim filial müdiri deyil, yalan məlumatdır”. 

Ucnoqta.az xəbər verir ki, bunu Oxu.Az-a “Kiğılı” geyim mağazasından bildiriblər. 

“Binada belə hadisə baş verib və burada bir neçə mağaza var. Yəni hadisənin “Kiğılı” ilə əlaqəsi yoxdur. Şəxsin isə hansı müəssisədə işlədiyini bilmirik”, - deyə məlumatda qeyd olunub.

09:23

Bakıda məşhur mağaza şəbəkəsinin filial müdiri anbarda ölü tapılıb.


Hadisə Yasamal rayon ərazisində yerləşən "Kığılı" geyim mağazasında qeydə alınıb.

"Elmlər" filialının mağaza müdiri olan 1991-ci il təvəllüdlü Rəşid Əliyev anbarda ölü tapılıb.

Faktla bağlı araşdırma aparılır.///Apa

 

Xəbər xətti