Ceyranbatanda yanğın olub

09:03 - 3 Avqust 2022 - HADİSƏ

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində həyətyanı sahədə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-dən Ucnoqta.az-a bildirilib ki, yanğın nəticəsində 400 m² sahədə qamışlıq və müxtəlif növ meyvə ağacları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Xəbər xətti