ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Çinin xəbərdarlıqlarına baxmayaraq, Tayvana səfər edib.
Ucnoqta.az xəbər verir ki, onun təyyarəsi Taybey şəhərinin Sunşan hava limanına eniş edib.
***
18:21
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin olduğu hərbi təyyarə Tayvanın hava məkanına daxil olub.
APA “Flightradar”a istinadən xəbər verir ki, təyyarə yaxın vaxtlarda Taybey şəhərinin Sunşan hava limanında eniş etməlidir.
Çin Nensi Pelosinin Tayvana səfər edəcəyi təqdirdə buna qarşı sərt cavab verəcəyini açıqlayıb.
Qeyd edək ki, Nensi Pelosi Asiya turu çərçivəsində bundan öncə Malayziyaya səfər etmişdi.