Bakıda 55 yaşlı qadını avtomobil iki dəfə vurub
23:45 - 1 Avqust 2022 - HADİSƏ
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
Hadisə 8-ci mikrorayon ərazisində baş verib.Belə ki, “Mercedes” markalı avtomobili idarə edən sürücüsü, 1967-ci il təvəllüdlü Məmmədova Gülxar Yadigar qızını vurub.
Daha sonra “Mercedes”-i idarə edən sürücü maşını geriyə doğru hərəkət etdirərək G.Məmmədovanı ikinci dəfə vurub.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.///apa