Neftçalada “Mercedes” aşdı - sürücü ölüb

22:53 - 1 Avqust 2022 - HADİSƏ

Neftçala rayonunda baş verən avtomobil qəzasında sürücü ölüb.

1967-ci il təvəllüdlü Neftçala şəhər sakini - Bağırov Nazim Qəhrəman oğlu, idarə etdiyi 90 CJ 426 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Avtomobildə olan digər 2 nəfər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti