Yevlaxda bir ay əvvəl itkin düşən 19 yaşlı qız tapılıb.
Bu barədə DİN-dən məlumat verilib.
Məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə iyulun 1-də itkin düşmüş S.Mustafalının rəfiqəsigildə qaldığı müəyyən edilmiş və onun ailəsinə qaytarılması təmin olunub.