1 tondan artıq çətənə kolu məhv edildi

13:51 - 1 Avqust 2022 - HADİSƏ

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Aşağı Tala kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ümumi çəkisi 1 ton 280 kiloqram olan 1476 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Xəbər xətti