Bərdədə ağır yol qəzası - xəsarət alanlar var

22:06 - 31 İyul 2022 - HADİSƏ

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında Zümürxan kəndində qeydə alınıb. İlkin məlumata görə, “Mercedes” markalı iki avtomobil toqquşub. Toqquşmadan sonra avtomobillərdən biri yolun kənarındakı fərdi həyətyanı evin divarına çırpılıb, digəri isə yoldan çıxaraq dərəyə yuvarlanıb.

Qəza zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar sakinlərin köməyilə xəstəxanaya çatdırılıb.

Hazırda hadisə nəticəsində xəsarət alanların sayı və şəxsiyyətləri müəyyənləşdirilir.///report

Xəbər xətti