ABŞ-ın Merilend ştatındakı auksionda nasist lideri Adolf Hitlerə məxsus Huber saatı hərraca çıxarılıb.
Ucnoqta.az teleqraf.com-a istinadən xəbər verir ki, üzərində xaç işarəsi, A və H hərfləri, Hitlerin ad günü, Almaniya kansleri və nasist seçkilərinin tarixləri olan saat 1,1 milyon dollara satılıb.
Hərrac üçün hazırlanan kataloqda bildirilir ki, saat ona ad günü hədiyyəsi kimi, çox güman ki, Hitlerin kansler seçildiyi 1933-cü ildə verilib.
Saatın 1945-ci ilin may ayında Bavariyada Hitlerin istirahət evi kimi tanınan Berqofa basqın edən 30 fransız əsgəri tərəfindən xatirə olaraq götürüldüyü də bildirilir.