Bakıda evlərdən 15 min manatlıq oğurluq edən şəxs tutuldu

18:58 - 30 İyul 2022 - HADİSƏ

Suraxanı rayonunda evlərdən oğurluq edən şəxs müəyyən olunub.

DİN-in mətbuat xidmətindən Ucnoqta.az-a verilən xəbərə görə, Rayon Polis İdarəsinin 30-cu Polsi Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 28-də Binə qəsəbəsindəki həyətlərin birindən oğurluğa cəhd göstərən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Rzayev saxlanılıb.

Onun ətrafında aparılan tədbirlərlə onun daha 4 evdən ümumilikdə 2850 manat, 1000 ABŞ dolları və 10.800 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.

 

Xəbər xətti