Bakı-Sumqayıt yolunda 3 maşın toqquşub - FOTO

18:36 - 30 İyul 2022 - HADİSƏ

Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib.

Hadisə Masazır dairəsindən Sumqayıt şəhəri istiqamətində gedən yolda qeydə alınıb.

"Toyota Prius", "Mercedes" və "Opel Astra" markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan olmasa da, avtomobillərin ikisi yararsız vəziyyətə düşüb. Qəza səbəbindən yolda tıxac müşahidə olunur.///apa

 

Xəbər xətti