Şəmkirdə istixanada yanğın olub

17:36 - 30 İyul 2022 - HADİSƏ

Şəmkirdə yanğın olub.

FHN-dən Ucnoqta.az-a verilən məlumata görə, Şəmkir rayonunun Keçili kəndində ümumi sahəsi 7000 m² olan istixananın polietilendən ibarət üzlüyü 500 m² sahədə yanıb.

İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti