Şəkidə yol qəzalarında 4 nəfər xəsarət alıb - FOTO

17:27 - 30 İyul 2022 - HADİSƏ

Şəkidə günorta saatlarında iki yol qəzası baş verib.

APA-nın məlumatına görə, qəzalardan biri Şəki şəhəri ərazisində qeydə alınıb. Qəzada şəhər sakinləri - 1968-ci il təvəllüdlü İlqar Camaləddin oğlu Həmzətov və onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Bahar Rəcəb qızı Bilalova xəsarət alıb.

Öyrət kəndi ərazisində baş verən yol qəzası nəticəsində isə rayonun Oxut kənd sakinləri - 1993-cü il təvəllüdlü Ramiz Qüdrət oğlu Bəkirli və həyat yoldaşı Könül Bayram qızı Bəkirli xəsarət alıb.

Hər iki qəzada xəsarət alanlar Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti