Yol polisinə tabe olmayan sürücü həbs olundu

09:43 - 30 İyul 2022 - HADİSƏ

 “BMW” markalı, 99-FL-788 dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Kazımov Qəzənfər İlqar oğlu polisin qanuni tələbinə əməl etmədiyi üçün Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Q.Kazımov barəsində materiallar toplanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 8 gün müddətində inzibati qaydada həbs edilib.

Xəbər xətti