Ad günündə dənizdə boğulan şəxsi həkimlər həyata qaytardı

03:23 - 30 İyul 2022 - HADİSƏ

Bakının Sabunçu rayonunda dəniz kənarında ad günü mərasimi təşkil edən şəxs dənizdə boğulub. Ucnoqta.az xəbər verir ki, hadisə Nardaran çimərliyində qeydə alınıb. 1991-ci il təvəllüdlü Müşviq İsmayılov dənizdə çimərkən boğulub. Yaxınları onu ölmüş zənn edib. O, təcili tibbi yardım xidməti vasitəsilə 1 nömrəli xəstəxanaya yerləşdirilib. Reanimatoloqlar onu həyata qaytara bilib.///apa

Xəbər xətti