Bərdədə ərini qətlə yetirən qadın tutulub.
Bu barədə Ucnoqta.az-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyulun 29-da Bərdə rayonu Şorəli kənd sakini 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin arvadı, 1994-cü il təvəllüdlü Aysu Çərkəzlinin qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Nurlan Çərkəzlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Aysu Çərkəzli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
16:26
Bərdədə qadın həyat yoldaşını qətlə yetirib.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Şorəli kəndində baş verib. 27 yaşlı Aysu Çərkəzli 28 yaşlı həyat yoldaşı Nurlan Çərkəzlini boynundan bıçaqlayaraq xəsarət yetirib. N.Çərkəzli qanaxmadan vəfat edib.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, ilk olaraq N.Çərkəzli arvadını bıçaqlamaq üçün ona hücum çəkib. A.Çərkəzli də özünü müdafiə etmək üçün ərini bıçaqlayıb. Qadının xəsarətləri yüngül olduğundan onun həyatını xilas etmək mümkün olub. N.Çərkəzli isə boynundan xəsarət aldığı üçün xəstəxanaya çatdırılmamış qanitirmədən keçinib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.///qafqazinfo