Anası ilə birgə oğurluq edərkən kameralara BELƏ DÜŞDÜ - VİDEO

10:20 - 28 İyul 2022 - HADİSƏ

Bakıda restoranda oğurluq hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, bütün proses restoranın təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Beləki, Həsən Bəy Zərdabi küçəsi 65 ünvanında fəaliyyət göstərən "Nar çiçəyi" ailəvi restoranında işçinin telefonu oğurlanıb.

Hadisə günlər öncədən planlı şəkildə təşkil edilib. Zərərçəkənin bildirdiyinə görə 10 gündən artıqdır ki, müştəri qismində hətda anası kimi təqdim etdiyi qadınla bir yerdə restorana gələrək yemək yeyib ödəniş ediblər. Və beləliklə, özlərini tanıdıb daha isti münasibət, dostluq qurublar. Daha sonra bu münasibətdən istifadə edərək restoran administratorunun telefonu zəng etmək üçün xahiş edir. Elə hər şey də bundan sonar başlayır. Bir neçə dəfə kimlərəsə zəng edərək telefon sahibini arxayın edir. Və daha sonra digər bir müştəri hesab üçün çağırdığında artıq oğurluq niyyətini yerinə yetirərək restorandan uzaqlaşır və onu gözləyən avtomobillə ərazidən uzaqlaşır.

Zərərçəkmiş Mahmud Məmmədov bildirib ki, hadisədən sonra o, Yasamal rayonu 29-cu Polis Bölməsinə və “102” Zəng Mərkəzinə şikayət edib. Görünür həmin şəxslər bu əməli ilk dəfə etmirlər və planlı olaraq bu işi görürlər. Xəbəri izləyənlərdən bu şəxsləri tanıyanlardan kanalımızın qaynar xəttinə bildirmələrini xahiş edirik.

​Diqqətli olun və paylaşın ki, başqaları da bu oyunun qurbanına çevrilməsin!

Xəbər xətti