Sumqayıtda dəniz sahilində qadın meyiti tapıldı

17:37 - 27 İyul 2022 - HADİSƏ

Sumqayıtda dəniz sahilində meyit tapılıb.

APA-nın məlumatına görə, Xəzər dənizinin Sumqayıt sahilində iaşə obyektlərinin birinin yaxınlığında qadın meyiti aşkarlanıb.

Aparılan araşdırmalar zamanı onun 1999-cu il təvəllüdlü Abbasova Şölə Ağayar qızı olduğu və dənizdə boğulduğu məlum olub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti