Azərbaycanda FACİƏ: Ana özünü 5-ci mərtəbədən yıxılan övladının arxasınca atdı

10:40 - 27 İyul 2022 - HADİSƏ

Abşeronda ana və uşaq bədbəxt hadisə nəticəsində həlak olublar.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binalarından birində baş verib.

Belə ki, binanın beşinci mərtəbəsində yaşayan uşaq pəncərədən düşüb. Ana onu tutmaq üçün özünü atsa da, hər ikisi dünyasını dəyişib.

Ailə bir neçə gün əvvəl həmin evə kirayə köçübmüş.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti