Bakıda özəl klinikada ərəb turist ölüb

09:25 - 27 İyul 2022 - HADİSƏ

Bakıda özəl klinikada ərəb turist ölüb. "Report" xəbər verir ki, hadisə "Leyla Medical Center"də baş verib. Belə ki, "Renaissance Palace Baku" otelində qalan Səudiyyə Ərəbistanı Krallığının vətəndaşı 1998-ci il təvəllüdlü Almadui Muteb Saeedin iyulun 26-da günorta saatlarında vəziyyəti pisləşib. O, klinikaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər xətti