Bakıda 45 yaşlı kişinin üzərindən qatar keçdi - FOTO

07:24 - 27 İyul 2022 - HADİSƏ

Bakının Xətai rayonunda ölüm baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.Belə ki, 45-50 yaşlı kişi dəmiryol relslərinin üzərində uzanıb. Bu zaman qatar onun üzərindən keçərək kişini iki hissəyə ayırıb.

Hadisə yerinə Xətai Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları cəlb edilib. Meyit morqa təhvil verilib.
Hadisə yeri müayinə edilib. Hazırda ölən şəxsin kimliyi araşdırılır.///apa


Xəbər xətti