Bakıda 82 yaşlı qadın 3-cü mərtəbədən yıxılıb

09:32 - 26 İyul 2022 - HADİSƏ

Bakıda qadın ehtiyatsızlıqdan 3-cü mərtəbədən yıxılıb.

Hadisə paytaxtın Nərimanov rayonu,Təbriz küçəsi, ev 116 ünvanında qeydə alınıb.

1940-cı il təvəllüdlü Şəfiqə Əhmədova yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanında paltar asarkən ehtiyatsızlıqdan yıxılıb. Qadın ağır xəsarətlər alıb və Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./apa

Xəbər xətti