Hacıqabulda “KamAZ” piyadanı vurub

11:39 - 25 İyul 2022 - HADİSƏ

Hacıqabulda avtomobil piyadanı vuraraq ağır yaralayıb.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KamAZ” markalı avtomobil yolu keçən Şirvan sakini, 1959-cu il təvəllüdlü Səmədov Malik Umud oğlunu vurub. Piyada ağır kəllə-beyin travması ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti