Beyləqan rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Gödəklər kəndində ferma ərazisində hər birinin sahəsi 60 m² olan (qamış və taxta konstruksiyalardan ibarət) 2 ədəd köməkçi tikili, yaxınlıqda yığılan 8 ton ot bağlamasının 6,4 tonu yanıb.
Ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.