Şəkidə 2 nəfər intihar edib

10:37 - 24 İyul 2022 - HADİSƏ

Şəkidə bir gecədə iki nəfər intihar edib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, intihar hadisələrinin birincisi iyulun 23-ü saat 22 radələrində Şəki şəhəri, Yunuslar küçəsində baş verib. 1962-ci il təvəllüdlü Akif Şövkət oğlu Cabbarov yaşadığı ünvanda intihar edib.

İkinci intihar hadisəsi isə 24 iyul gecə saat 03 radələrində şəhərin M.Hacıyev küçəsində baş verib. 1994-cü il təvəllüdlü Zahir Məzahir oğlu Həmidov yaşadığı ünvanda intihar edib.

Hər iki faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər xətti