Velosipedçini avtomobil vuraraq öldürdü

18:02 - 23 İyul 2022 - HADİSƏ

Şabranda avtomobil velosiped sürən şəxsi vurub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 23-də saat 1 radələrində Şabran şəhəri ərazisində şəhər sakini A.Qurbanov idarə etdiyi VAZ-21015 markalı avtomobillə velosiped sürən Sumqayıt şəhər sakini Natiq Qulamovu vurub və nəticədə velosipedçi hadisə yerində ölüb. Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti