Ağdaş sakinini cərəyan vurub öldürdü

13:51 - 23 İyul 2022 - HADİSƏ

Ağdaşda kişini elektrik cərəyanı vurub. Oxu.Az xəbər verir ki, hadisə rayonun Nehrəxəlil kəndində olub. 1978-ci il təvəllüdlü T.Hüseynov özünə məxsus traktorda qaynaq cihazı ilə təmir apararkən onu elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti