Şəkidə sərnişin daşıyan "Vito" markalı sərnişin daşıyan mikroavtobus qəzaya düşüb.
APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "Vito" markalı sərnişin daşıyan mikroavtobus yolla hərəkət edən 3 baş camışı vurub. Qəzadan sonra Vito yoldan çıxaraq ağaca dəyib. Üç baş camış tələf olub.
Faktla bağlı araşdırma aparılır.