Siyəzəndə yük maşınları toqquşub, 2 nəfər ölüb

12:28 - 23 İyul 2022 - HADİSƏ

Siyəzəndə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Quba magistralının 106-cı km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb.

"Ford" və TIR-ın toqquşması nəticəsində hər iki sürücü ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Xəbər xətti