Azərbaycanda məhkəmə hakimi vəkilin sözünü kəsən dövlət ittihamçısına irad bildirib, daha sonra onu zaldan çıxarıb.
Bu barədə vəkil İsmayıl Kəngərli feysbukda məlumat paylaşıb.
"Bu gün (iyulun 22-də) Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmrəliyevdən çox təqdirəlayiq hərəkətin şahidi oldum. Prosesdə vəkilin sualını kəsən prokurora iradını bildirdi. İradı qəbul etməyən prokuroru isə məhkəmə zalından dərhal çıxardı ki, vəkil də prokuror da bərabər hüquqlu proses iştirakçılarıdır. Məhkəmə prokurorun iştirakı olmadan davam etdirildi. Bu cür qətiyyətli və cəsur hakimlərin olması sevindiricidir və bu vəkilliyə olan münasibətin müsbət istiqamətdə dəyişməsinin əyani sübutudur", - İ.Kəngərli qeyd edib.///pravda.az