Şabranda velosipedçini maşın vuraraq öldürdü

09:03 - 23 İyul 2022 - HADİSƏ

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Asim Qurbanov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə velosipedçini vurub.

Zərərçəkən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti