Türkiyənin İraqdakı hərbi bazası raket atəşinə tutulub

01:31 - 23 İyul 2022 - DÜNYA

İraqın şimalındakı Neyva əyalətində yerləşən Türkiyənin Zlikan hərbi bazası raket atəşinə tutulub. “Report” xəbər verir ki, bu barədə “Əl-Sumariya” telekanalı məlumat yayıb. Qeyd olunub ki, hərbi baza istiqamətində 3 raket atılıb. Xatırladaq ki, iyulun 20-də İraqın şimalındakı Zaxo kurort şəhərinin atəşə tuultması nəticəsində 9 nəfər həlak olub, daha 33 nəfər yaralanıb. İraq hakimiyyəti hücumda Türkiyəni ittiham edib. Öz növbəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın İraq mövqelərinə heç bir hücum etmədiyini bildirib.

Xəbər xətti