Qaxda keçirilən toy mərasimində faciə yaşanıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayon mərkəzində fəaliyyət göstərən "Gülnur" şadlıq evində baş verib.
Belə ki, Qax şəhər sakini 1954-cü il təvəllüdlü Məmmədsəidli Laləzarın öz yaxın qohumunun toyunda halı pisləşib. Qadın yaxınlarının köməkliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin müayinə zamanı qadında bioloji ölmün baş verdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.