Türkiyə, Ukrayna və Rusiya nümayəndələri arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb.
“Sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov, Rusiyanın müdafiə naziri Sergey Şoyqu, Türkiyənin müdafiə naziri Hulusi Akar və BMT Baş katibi Antonio Quterreş imzalayıblar”, - məlumatda bildirilib.
Saziş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Quttereşin iştirakı ilə imzalanıb.
Sənədə əsasən, Ukrayna taxılının Qara dənizdən təhlükəsiz ixracı təmin olunacaq.