Xəzər dənizinin sahilində mina aşkarlanıb

11:29 - 22 İyul 2022 - HADİSƏ

Xəzər dənizinin Azərbaycan sahilində mina aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Belə ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Liman şəhəri ərazisində dəniz kənarından 1 ədəd tank əleyhinə mina tapılıb.

Mina DİN Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Xəbər xətti