Üç yaşlı qız hovuzda boğularaq ölüb

10:59 - 22 İyul 2022 - HADİSƏ

Beyləqanda 3 yaşlı qız hovuzda boğulub.

APA xəbər verir ki, hadisə rayonun İkinci Şahsevən kəndində qeydə alınıb.

2019-cu il təvəllüdlü Azadlı Nərgiz Alı qızı yaşadığı evin həyətində yerləşən hovuza düşüb və boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti