Bakıda sərnişin avtobusu yanıb

13:55 - 21 İyul 2022 - HADİSƏ

Bu gün saat 12:00 radələrində Salyan şosessinin Bibiheybət məscidinin qarşısından keçən hissəsində "BMH" MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə 01 BS 785 DQN-li avtobusun mühərriki yanıb.

Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, yanğın avtobus yaranmış texniki nasazlıqla əlaqədar xətdən kənarlaşdırılaraq qaraja yollanan zaman baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtobus yararsız hala düşüb.

Xəbər xətti