Media nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər - Foto

12:25 - 21 İyul 2022 - MEDİA

Media nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Ucnoqta.az Agentliyə istinadən xəbər verir ki, iyulun 21-də Milli Mətbuat Günü münasibətilə Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Azərbaycan Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, böyük mütəfəkkirin xatirəsi anılıb.
 


Xəbər xətti